Ukraynada "Neftçi" fan-klubu yaradılıb

Futbol
  • 28 sentyabr, 2016
  • 09:46
Ukraynada Neftçi fan-klubu yaradılıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Ukraynada "Neftçi” fan-klubu yaradılıb. 

"Report"un paytaxt klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, fan-klubun prezidenti vəzifəsinə "Azərbaycan-Ukrayna” Beynəlxalq İttifaqının sədri Elmar Məmmədov seçilib.

"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev tərəfindən fan-klub rəhbərliyinə Ukraynada klub brendindən istifadə edilməsi haqda icazə məktubu göndərilib.

Layihənin məqsədi Ukraynadakı soydaşlarımızın daha sıx vəhdətdə olması və həmyerlilərimizin bir araya gəlməsi üçün əlavə strukturun yaradılmasıdır.