Ukrayna yığmasının futbolçusu Dortmund “Borussiya”sına transfer olunub

Futbol
  • 28 avqust, 2017
  • 13:31
Ukrayna yığmasının futbolçusu Dortmund “Borussiya”sına transfer olunub

Bakı. 28 avqust. REPORT.AZ/ Ukrayna yığmasının və Kiyev “Dinamo”sunun futbolçusu Andrey Yarmolenko Almaniyanın “Borussiya” (Dortmund) klubuna transfer olunub.

“Report” ” Dortmund təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 30 iyun 2021-ci ilə qədər nəzərdə tutulan sözləşməyə imza atıb.

Transfer məbləği barədə məlumat verilməsə də, xarici KİV-də keçidin 25 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, yığmanın heyətində 69 oyun keçirib, 29 qol vuran Andrey Yarmolenko üçqat Ukrayna çempionudur. O, 2006-2017-ci illərdə “Dinamo”nun əsas komandasında 228 oyuna çıxıb və 99 qol vurub.

44 filmi