Ukrayna Premyer Liqasının formatı dəyişdiriləcək

Futbol
  • 25 aprel, 2017
  • 07:38
Ukrayna Premyer Liqasının formatı dəyişdiriləcək

Bakı. 25 aprel. REPORT.AZ/ Gələn mövsüm Ukrayna Premyer Liqasında "pley-off" sistemi tətbiq olunacaq.

"Report"un məlumatına görə, bu barədə Liqanın prezidenti Vladimir Geninson Kiyevdə klub rəsmiləri ilə görüş zamanı açıqlama verib. O bildirib ki, yeni format aprelin 26-dək qəbul olunacaq: "12 komandanın iştirakı ilə 4 dövrədən ibarət çempionat keçirəcəyik. 2 mərhələnin hər biri 2 dövrəli olacaq. Hazırkı mövsümlə müqayisədə əsas fərq "pley-off" sistemidir. Bizə iki gün vaxt verin ki, qərarımızı rəsmən açıqlayaq".

Qeyd edək ki, hazırda Ukrayna Premyer Liqasında Azərbaycan yığmasının futbolçularından Dmitri Nağıyev "Dnepr"də, Pavel Paşayev isə "Stal"da çıxış edir.  

44 - Tezliklə