Ukrayna millisinin üzvü "Beşiktaş"a keçir
Futbol
- 20 avqust, 2019
- 14:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin "Beşiktaş" klubu Almaniya "Şalke"sində çıxış edən Yevgeni Konoplyankanı heyətinə qatmaq üzrədir.
"Report" "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi həm klubla, həm də ukraynalı yarımmüdafiəçi ilə razılıq əldə edib. "Ağ-qaralar"ın bu transfer üçün "Şalke"yə 3 milyon avro ödəyəcəyi bildirilib.
29 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanacağı gözlənilir. O, yeni klubunda illik 2.5 milyon avro qazanacaq.
Qeyd edək ki, Yevgeni Konoplyanka peşəkar karyerasına ölkəsinin "Dnepr" klubunda başlayıb. Ukrayna millisində də şərəfini qoruyan yarımmüdafiəçi İspaniyanın "Sevilya" kollektivində də çıxış edib.
Son xəbərlər
12:42
Türkiyənin Azərbaycana metal ixacından qazancı 4 %-dən çox azalıb
Biznes
12:40
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Sosial müdafiə
12:15
Azərbaycan millisinin üzvü Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
Komanda
12:07
Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb
Digər ölkələr
12:07
Foto
Video
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş keçirilib - Yenilənib
Hərbi
12:03
Foto
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
Ekologiya
12:00
Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalı xərcini 3 %-dən çox artırıb
Biznes
11:59
Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirilib
Daxili siyasət
11:56
Sabah Bakıda hava yağmursuz olacaq
Ekologiya