Ukrayna klubu "Beşiktaş"ın qapıçısını heyətinə qatıb

Futbol
  • 29 iyun, 2018
  • 10:45
Ukrayna klubu Beşiktaşın qapıçısını heyətinə qatıb

Bakı. 29 iyun. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubunun qapıçısı Denis Boyko karyerasını Ukraynanın "Dinamo" klubunda davam etdirəcək. 

"Report"un Kiyev təmsilçisinin saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı qolkiper yeni klubu ilə 5 il müddətinə müqavilə imzalayıb. 

O, 2017-2018 mövsümündə icarə əsasında Ukrayna təmsilçisində çıxış edib. 

Qeyd edək ki, Denis Boyko 2015-ci ildən "Beşiktaş"ın şərəfini qoruyub. 

44 - Tezliklə