Ueyn Runinin 11 illik rekordu təkrarlanıb
Futbol
- 09 fevral, 2023
- 04:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin “Mançester Yunayted” klubunun sabiq futbolçusu Ueyn Runinin 11 illik rekordu təkrarlanıb.
“Report” xəbər verir ki, “qırmızı şeytanlar”ın hücumçusu Markus Reşford Premyer Liqanın VIII turundan təxirə salınmış oyunda “Lids”in qapısına qol vurmaqla buna nail olub.
26 yaşlı forvard 2012-ci ildən bəri “Old Trafford” stadionunda ölkə çempionatının ardıcıl 6 matçında fərqlənən ilk oyunçu olub. Axırıncı dəfə bunu məhz Runi bacarıb.
Qeyd edək ki, “Mançester Yunayted” - “Lids” qarşılaşması 2:2 hesabı ilə başa çatıb. Reşford cari mövsüm Premyer Liqada keçirdiyi 22 oyunda 11 qol vurub, 3 məhsuldar ötürmə verib.
Son xəbərlər
02:57
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
Futbol02:11
Norveç səfiri "Starlink" peyklərinə görə İran XİN-ə çağırılıb
Region01:42
Konqoda iki gəmi toqquşub, ölənlər var
Digər ölkələr01:11
Albaniyada 127 gündür, etirazlar davam edir
Digər ölkələr00:43
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
Futbol00:35
Braziliyada prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
Digər ölkələr00:05
Biləsuvarda baş verən qətlin təfərrüatları bilinib - YENİLƏNİB
Hadisə00:00
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Daxili siyasət23:46