UEFA Türkiyə Futbol Federasiyasını cəzalandırıb

Futbol
  • 17 oktyabr, 2022
  • 14:39
UEFA Türkiyə Futbol Federasiyasını cəzalandırıb

UEFA Türkiyə Futbol Federasiyasını (TFF) cəzalandırıb.

"Report"un Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, buna "ay-ulduzlular"ın İstanbulda Lüksemburqa qarşı keçirdiyi Millətlər Liqasının qrup mərhələsinin V tur oyununda yerli azarkeşlərin meydançaya yad əşyalar atması səbəb olub.

Nəticədə TFF 25 000 avro cərimələnib. Bundan başqa, yığmanın növbəti matçında stadiona məhdud sayda tamaşaçı buraxılacaq.

Qeyd edək ki, Türkiyə - Lüksemburq görüşü 3:3 hesablı heç-heçə ilə başa çatıb.