UEFA Super Kubokunun oyunu Minskdə keçirilə bilər

Futbol
  • 24 oktyabr, 2018
  • 16:54
UEFA Super Kubokunun oyunu Minskdə keçirilə bilər

Bakı. 24 oktyabr. REPORT.AZ/ 2021-ci ildə UEFA Super Kuboku oyunu Belarusun paytaxtı Minskdə keçirilə bilər. 

"Report" Belarus Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, qurum sözügedən qarşılaşmanın "Dinamo" stadionunda keçirilməsində maraqlıdır. 

Federasiya daha öncə 2020-ci ildəki görüşə ev sahibliyi etmək istəsə də, bu cəhd uğursuz olub. 

Qeyd edək ki, 2019-cu ildə UEFA Super Kuboku matçı Türkiyənin İstanbul şəhərindəki “Vodafone Park” stadionunda, 2020-ci ildəki qarşılaşma isə Portuqaliyanın Portu şəhərindəki "Draqau" stadionunda olacaq. 

44 - Tezliklə