UEFA Serbiya Futbol İttifaqını cərimələyib
Futbol
- 20 iyun, 2024
- 05:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Serbiya Futbol İttifaqını Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin I turunun İngiltərə millisinə qarşı oyununda baş verənlərə görə cərimələyib.
"Report" xəbər verir ki, quruma qarşı meydana yad əşya atmaq və idman hadisəsinə uyğun gəlməyən təxribat xarakterli mesaj göndərmək ittihamı irəli sürülüb.
UEFA serbiyalı azarkeşlərin bu davranışı səbəbindən Serbiya Futbol İttifaqını 14,5 min avro cərimələyib.
Qeyd edək ki, Serbiya - İngiltərə matçı ikincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Növbəti turda Serbiya millisi Sloveniya, İngiltərə isə Danimarka ilə qarşılaşacaq. Hər iki görüş iyunun 20-də baş tutacaq.
Avropa çempionatı iyulun 14-dək davam edəcək.
Son xəbərlər
09:30
Azərbaycan UEFA reytinqində 24-cü pillədəki mövqeyini qoruyub
Futbol
09:26
Foto
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
Energetika
09:23
Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
Hadisə
09:13
Azərbaycan Premyer Liqasında XI tura start verilir
Futbol
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2026)
Maliyyə
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə
08:52
Video
Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
Region
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə