UEFA "Qarabağ"la oyunda sonuncu qolu vuran futbolçunu fərqləndirib

Futbol
  • 24 fevral, 2022
  • 09:16
UEFA Qarabağla oyunda sonuncu qolu vuran futbolçunu fərqləndirib

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı Fransanın "Marsel" klubunun futbolçusu Dimitri Payet haqqında paylaşım edib.

"Report"un məlumatına görə, 35 yaşlı yarımmüdafiəçinin pley-off mərhələsinin ilk oyununda "Qarabağ"a vurduğu qol yayımlanıb.

Fransalı oyunçunun cari mövsüm avrokuboklarda 23 görüşdə 15 qolun iştirakısı olduğu, daha dəqiqi, 9 qol, 6 məhsuldar ötürmə ilə yadda qaldığı xatırladılıb.

Qeyd edək ki, "Qarabağ" və "Marsel" komandaları arasındakı cavab qarşılaşması bu gün saat 21:45-də start götürəcək. Fransadakı ilk oyunda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə uduzub.