UEFA nümayəndələri Avropa Liqasının final matçı ilə əlaqədar Bakıya gəlib

Futbol
  • 13 fevral, 2018
  • 10:00
UEFA nümayəndələri Avropa Liqasının final matçı ilə əlaqədar Bakıya gəlib

Bakı. 13 fevral. REPORT.AZ/ 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq prosesi çərçivəsində UEFA nümayəndələrinin Bakıya növbəti işgüzar səfəri başlayıb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Avropa futbol qurumunun təmsilçiləri Bakı Olimpiya Stadionu ilə yanaşı, paytaxtdakı bir sıra digər aidiyyatı infrastruktura baxış keçirəcəklər. 

Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın baş katibi Elxan Məmmədovla UEFA nümayəndələri arasında görüş keçirilib, hazırlıq prosesi barədə ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, səfər həftəsonuna qədər davam edəcək.