UEFA Millətlər Liqasının püşkatma mərasiminin vaxtı dəqiqləşib

Futbol
  • 06 fevral, 2024
  • 06:35
UEFA Millətlər Liqasının püşkatma mərasiminin vaxtı dəqiqləşib

Fevralın 8-də Fransanın paytaxtı Parisdə UEFA Millətlər Liqası turnirinin 2024/2025 mövsümünün püşkatma mərasimi keçiriləcək.

"Report" xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, C Liqasının 2-ci səbətində qərarlaşan Azərbaycan yığmasının potensial rəqibləri də məlumdur. Millimiz 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya, Litva/Cəbəllütariq cütünün qalibi olacaq komandalardan formalaşacaq qrupda yer alacaq.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C liqasının 1-ci səbətində yer alan Ermənistan millimizə rəqib ola bilməz.