UEFA Millətlər Liqasında SOCAR mükafatı təqdim olunub

Futbol
  • 09 iyun, 2019
  • 20:59
UEFA Millətlər Liqasında SOCAR mükafatı təqdim olunub

UEFA-nın ilk dəfə təşkil etdiyi UEFA Millətlər Liqasının ən yaxşı gənc oyunçusuna SOCAR-ın mükafatı təqdim olunub.

"Report"un məlumatına görə, həmin mükafata Hollandiya millisinin və "Ayaks"ın 22 yaşlı yarımmüdafiəçisi Frenki de Yonq sahib olub. 

Lakin onun komandası Millətlər Liqasının qalibi ola bilməyib. "Narıncılar" finalda Portuqaliyaya 0:1 hesabı ilə uduzaraq, gümüş medalla kifayətləniblər. Bürünc medalı isə İngiltərə əldə edib.

Millətlət Liqasının ən yaxşı oyunçusu adına isə Portuqaliya millisinin və İngiltərənin "Mançester Siti" klubunun üzvü Bernardu Silva layiq görülüb.

Qeyd edək ki, Frenki de Yonq UEFA Millətlər Liqasının rəsmi tərəfdaşlarından olan SOCAR-ın təqdimatında mükafatı qaliblərin təltif olunmasından öncə alıb. SOCAR tərəfdaşı olduğu AVRO-2016-da analoji mükafatla Portuqaliya milli komandasının futbolçusu Renatu Sanşesi təltif edib.  

44 - Tezliklə