UEFA Millətlər Liqası: Azərbaycan millisinin iki oyun üçün heyəti və hazırlıq planı açıqlanıb

Futbol
  • 04 oktyabr, 2024
  • 07:12
UEFA Millətlər Liqası: Azərbaycan millisinin iki oyun üçün heyəti və hazırlıq planı açıqlanıb

Azərbaycan millisinin oktyabrın 11-də səfərdə Estoniya, 14-də evdə Slovakiya yığmasına qarşı keçirəcəyi UEFA Millətlər Liqasının oyunları üçün heyəti və hazırlıq planı açıqlanıb.

"Report"un məlumatına görə, baş məşqçi Fernandu Santuş siyahıya 24 oyunçu cəlb edib.

1 Mehdi Cənnətov Sumqayıt
2 Rza Cəfərov Neftçi
3 Aydın Bayramov Zirə
4 Bəhlul Mustafazadə Qarabağ
5 Abbas Hüseynov Qarabağ
6 Qismət Alıyev Zirə
7 Rahil Məmmədov Radomiak Radom, Polşa
8 Zamiq Əliyev “Eqnatia”, Albaniya
9 Bədavi Hüseynov Qarabağ
10 Anton Krivotsyuk Daejeon Hana Siti, Cənubi Koreya
11 Şəhriyar Əliyev Turan Tovuz
12 Elvin Cəfərquliyev Qarabağ
13 Coşqun Diniyev Bandırmaspor, Türkiyə
14 Elvin Camalov Sabah
15 Aleksey İsayev Qarabağ
16 Xəyal Nəcəfov Turan Tovuz
17 Ceyhun Nuriyev Zirə
18 Emin Mahmudov Neftçi
19 Toral Bayramov Qarabağ
20 Ozan Can Kökçü HJK, Finlandiya
21 Rüstəm Əhmədzadə Zirə
22 Ramil Şeydayev Neftçi
23 Mahir Emreli Nürnberq, Almaniya
24 Renat Dadaşov Ankaragücü, Türkiyə

Millimiz oktyabrın 7-də toplaşacaq və ayın 8-9-da "Neftçi" Futbol Mərkəzində məşq keçəcək. Komanda oktyabrın 9-da, saat 15:00-da Estoniyanın paytaxtı Tallinə yollanacaq. Baş məşqçi Fernandu Santuş komandanı oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18:00-da “Lilleküla” stadionunda Estoniya ilə oyunöncəsi son məşqə çıxaracaq. Milli Estoniya yığması ilə görüşdən bir gün sonra – oktyabrın 12-də səhər məşqə çıxacaq, Bakı vaxtı ilə saat 14:00-da isə Bakıya qayıdacaq. Oktyabrın 13-də, saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiya yığması ilə oyunöncəsi son məşq olacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də “Lilleküla” stadionunda Estoniya yığması, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.