UEFA Maykl Olisenin sarı vərəqəni qəsdən alması ehtimalını araşdıra bilər
- 11 mart, 2026
- 18:32
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA "Bavariya"nın futbolçusu Maykl Olisenin sarı vərəqə epizodunu araşdıra bilər.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, qurum fransalı vingerin UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin səfərdə "Atalanta"ya qarşı keçirdikləri görüşdə sarı vərəqəni qəsdən alması ehtimalını nəzərdən keçirir.
Bildirilir ki, futbolçu bunu vərəqələri 1/4 final mərhələsi ərəfəsində "təmizləmək" məqsədilə edib. Bu ehtimal təsdiqlənərsə, Olise əlavə cəza ilə üzləşə bilər.
Sözügedən görüşdə "Bavariya" səfərdə "Atalanta" üzərində 6:1 hesabı ilə qələbə qazanıb. Münxen təmsilçisinin vingeri Maykl Olise dubl edib və bir məhsuldar ötürmə ilə yadda qalıb. Fransalı futbolçu 77-ci dəqiqədə vaxtı uzatdığı üçün sarı vərəqə alıb və bu səbəbdən Almaniyada keçiriləcək cavab görüşünü diskvalifikasiya üzündən buraxacaq.