UEFA Konfrans Liqası: 1/8 finala vəsiqə qazanan komandalar məlum olub

Futbol
  • 27 fevral, 2026
  • 02:10
UEFA Konfrans Liqası: 1/8 finala vəsiqə qazanan komandalar məlum olub

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib.

"Report" xəbər verir ki, görüşlərdən sonra 1/8 finala vəsiqə qazanan kollektivlərin adına aydınlıq gəlib.

Türkiyənin "Samsunspor" klubu doğma meydanda Şimali Makedoniyanın "Şkendiya" kollektivini darmadağın edib - 4:0.

İtaliyanın "Fiorentina" komandası isə Polşa "Yagelloniya"sına məğlub olub - 2:4.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi, cavab oyunları

"Fiorentina" (İtaliya) – "Yagelloniya" (Polşa) 2:4

İlk oyun – 3:0

"Samsunspor" (Türkiyə) – "Şkendiya" (Şimali Makedoniya) 4:0

İlk oyun – 1:0

"Sele" (Sloveniya) – "Drita" (Kosovo) 3:2

İlk oyun – 3:2

"Riyeka" (Xorvatiya) – "Omoniya" (Kipr) 3:1

İlk oyun – 1:0

"Lex" (Polşa) – "KuPS" (Finlandiya) 1:0

İlk oyun – 2:0

AZ (Niderland) – "Noa" (Ermənistan) 4:0

İlk oyun – 0:1

"Kristal Pelas" (İngiltərə) – "Zrinski" (Bosniya və Herseqovina) 2:0

İlk oyun – 1:1

"Lozanna" (İsveçrə) – "Siqma" (Çexiya) 1:2

İlk oyun – 1:1

Qeyd edək ki, daha əvvəl "Rayo Valyekano" (İspaniya), "Şaxtyor" (Ukrayna), AEK (Yunanıstan), "Sparta" (Çexiya), "Maynts 05" (Almaniya), AEK (Larnaka, Kipr), "Strasburq" (Fransa) və "Rakuv" (Polşa) 1/8 finala vəsiqə qazanıb.

44 filmi