UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk matçları baş tutub

Futbol
  • 10 aprel, 2026
  • 01:10
UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk matçları baş tutub

UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk qarşılaşmaları baş tutub.

"Report" xəbər verir ki, İspaniyanın "Rayo Valyekano" komandası Yunanıstan təmsilçisi AEK-i məğlub edib – 3:0.

Ukraynanın "Şaxtyor" kollektivi Niderlandın AZ klubu ilə qarşılaşmadan qalib çıxıb – 3:0. İngiltərənin "Kristal Pelas" komandası İtaliya təmsilçisi "Fiorentina"nı sınağa çəkib.

Almaniyanın "Maynts 05" klubu isə Fransanın "Strasburq" kollektivi ilə qarşılaşıb.

UEFA Konfrans Liqası

1/4 final mərhələsi, ilk oyunlar

9 aprel

"Rayo Valyekano" (İspaniya) – AEK (Yunanıstan) 3:0

"Şaxtyor" (Ukrayna) – AZ (Alkmaar, Niderland) 3:0

"Kristal Pelas" (İngiltərə) – "Fiorentina" (İtaliya) 3:0

"Maynts 05" (Almaniya) – "Strasburq" (Fransa) 2:0

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.