UEFA Konfrans Liqası: "Zirə"nin III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub

Futbol
  • 22 iyul, 2024
  • 12:24
UEFA Konfrans Liqası: Zirənin III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub

"Zirə"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

"Report" xəbər verir ki, Bakı klubu "Osiyek" (Xorvatiya) - "Levadiya" (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.

Rəşad Sadıqovun rəhbərlik etdiyi klub II təsnifat mərhələsində "DAK-1904" (Slovakiya) kollektivinin müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Konfrans Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.