"Zirə" UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-5
- 16 iyul, 2026
- 21:49
Yeniliklərdən dərhal xəbərdar olun!
"Zirə" UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb.
"Report"un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda Gürcüstanın "Torpedo" komandasının qonağı olub.
Kutaisidəki "Şengeliya Arena"da keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.
25 və 70-ci dəqiqələrdə Eren Aydın, 39-cu dəqiqədə Amin Seydiyev fərqlənib.
Sumqayıtdakı ilk matçda rəqibini üç cavabsız qolla üstələyən "Zirə" II təsnifat mərhələsinə vəsiqə qazanıb. "Qartallar" bu raundda Estoniyanın "Payde" klubu ilə üz-üzə gələcək. II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.
Gürcüstanda yerli "Torpedo" və "Zirə" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi fərqi daha da artırıb - 3:0.
Eren Aydın 70-ci dəqiqədə dubl müəllifi olub.
Gürcüstanda yerli "Torpedo" və "Zirə" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi hesabda öndədir - 2:0.
25-ci dəqiqədə Eren Aydın, 39-cu dəqiqədə Amin Seydiyev fərqlənib.
Gürcüstanda yerli "Torpedo" və "Zirə" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi fərqi daha da artırıb - 2:0.
39-cu dəqiqədə Amin Seydiyev fərqlənib. Hazırda ilk hissə başa çatıb.
Gürcüstanda yerli "Torpedo" və "Zirə" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.
"Report"un məlumatına görə, qarşılaşmada ilk qolu Azərbaycan təmsilçisi vurub.
25-ci dəqiqədə Eren Aydın fərqlənib.
Gürcüstanda yerli "Torpedo" və "Zirə" komandaları arasında təşkil olunan UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyunu başlayıb.
"Report"un məlumatına görə, qarşılaşma Kutaisidəki "Şengeliya Arena"da keçirilir.
Görüşün baş hakimi macarıstanlı FIFA referisi Mihali Kapraydır.
Cütün qalibi növbəti mərhələdə "Hegelmann" (Litva) – "Payde" (Estoniya) duelinin güclüsü ilə görüşəcək.
Xatırladaq ki, Sumqayıtdakı ilk oyunda "Zirə" rəqibini üç cavabsız qolla məğlub edib.