UEFA İtaliya və İspaniya çempionatlarının Avropadan kənarda keçirilməsinə icazə verib

Futbol
  • 06 oktyabr, 2025
  • 23:17
UEFA İtaliya və İspaniya çempionatlarının Avropadan kənarda keçirilməsinə icazə verib

UEFA İspaniya və İtaliya çempionatlarının iki oyununun bu ölkələrdən kənarda keçirilməsini təsdiqləməyi qərara alıb.

"Report"un məlumatına görə, bu barədə təşkilatın mətbuat xidməti tərəfindən dərc edilmiş bəyanatda deyilir.

Daha əvvəl İspaniya Futbol Federasiyası "Barselona" və "Vilyarreal" arasındakı matçın Mayamidə keçirilməsi ilə bağlı sorğu göndərib, İtaliya Futbol Federasiyası isə "Milan" və "Komo" oyununun Avstraliyada keçirilməsi ideyasını təsdiqləyib.

"Bu iki oyunun ölkələrdən kənarda keçirilməsinin zəruriliyi barədə təəssüflənməyimizə baxmayaraq, bu qərar müstəsnadır və presedent yaratmaq kimi qəbul edilməməlidir. Bizim məqsədimiz aydındır: milli liqaların bütövlüyünü qorumaq və futbolun öz doğma mühitində qalmasını təmin etmək", - UEFA-nın rəhbəri Aleksander Çeferin bildirib.

"Avropa Futbol Assosiasiyaları İttifaqının İcraiyyə Komitəsi istəməyərək ona göndərilən iki sorğunu müstəsna hal kimi təsdiqləməyi qərara alıb. UEFA Beynəlxalq Futbol Federasiyasının rəhbərliyi altında, milli yarışların bütövlüyünü və klublar, onların azarkeşləri və yerli icmalar arasında sıx əlaqəni təmin edəcək gələcək qaydaların hazırlanmasında fəal iştirak edəcək", - UEFA-nın bəyanatında deyilir.

Qeyd edək ki, "Barselona" və "Vilyarreal" arasındakı oyun 21 dekabr tarixində, "Milan" və "Komo" arasındakı qarşılaşma isə 6 fevral tarixində planlaşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti