UEFA Ermənistan Futbol Federasiyasını cərimələyib

Futbol
  • 14 dekabr, 2018
  • 16:54
UEFA Ermənistan Futbol Federasiyasını cərimələyib

Bakı. 14 dekabr. REPORT.AZ/ UEFA Ermənistan Futbol Federasiyasını 18 min avro məbləğində cərimələyib. 

"Report" qurumun saytına istinadən xəbər verir ki, buna Ermənistan yığmasının azarkeşlərinin UEFA Millətlər Liqasının III turunda evdə Cəbəllütariqlə matçda etdikləri qeyri-etik hərəkətlər səbəb olub. Fanatlar sözügedən qarşılaşmada meydana yad əşyalar atıb və tribunada insident törədiblər.

Qeyd edək ki, görüş Cəbəllüttariqin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu yığmanın tarixində ilk rəsmi qələbəsi olub. 

44 - Tezliklə