UEFA ÇL: "Qalatasaray" qalib gəlib, "Kayrat" 5 qol buraxıb

Futbol
  • 01 oktyabr, 2025
  • 00:59
UEFA ÇL: Qalatasaray qalib gəlib, Kayrat 5 qol buraxıb

UEFA Çempionlar Liqasının əsas mərhələsində II tura start verilib.

"Report"un məlumatına görə, ilk olaraq doqquz oyun keçirilib.

Türkiyə təmsilçisi "Qalatasaray" İstanbulda İngiltərənin "Liverpul" klubuna minimal hesabla qalib gəlib. Qazaxıstan təmsilçisi "Kayrat" isə "Real" qarşısında aciz qalıb. Belə ki, İspaniya klubu 5 cavabsız qol vurub.

İspaniyanın digər klubu "Atletiko" da "Ayntraxt"a eyni sayda qol vurub.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

II tur

"Kayrat" (Qazaxıstan) - "Real" (İspaniya) 0:5

"Atalanta" (İtaliya) - "Brügge" (Belçika) 2:1

"Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə) 1:0

"Atletiko" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya) 5:1

"Budyo Qlimt" (Norveç) - "Tottenhem" (İngiltərə) 2:2

"Çelsi" (İngiltərə) - "Benfika" (Portuqaliya) 1:0

"İnter" (İtaliya) - "Slaviya" (Çexiya) 3:0

"Marsel" (Fransa) - "Ayaks" (Niderland) 4:0

"Pafos" (Kipr) - "Bavariya" (Almaniya) 1:5

Qeyd edək ki, II turun digər doqquz oyunu bu gün baş tutacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti