UEFA Çempionlar Liqası: V tura bu gün start veriləcək
- 26 noyabr, 2024
- 05:47
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqasının Liqa mərhələsində V tura bu gün start veriləcək.
“Report”un məlumatına görə, turun ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.
Maraqlı matçlardan biri Almaniyada keçiriləcək. “Bavariya” doğma meydanda Fransanın PSJ klubunu qəbul edəcək. İngiltərə təmsilçisi “Mançester Siti” isə evdə “Feyenoord”la (Niderland) üz-üzə gələcək.
“Barselona” da doğma azarkeşləri önünə çıxacaq. Kataloniya klubu “Brest”lə (Fransa) görüşəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
V tur
26 noyabr
21:45. "Slovan" (Sloveniya) - "Milan" (İtaliya)
21:45. "Sparta" (Çexiya) - "Atletiko" (İspaniya)
00:00. “Mançester Siti” (İngiltərə) - “Feyenoord” (Niderland)
00:00. “Bavariya” (Almaniya) - PSJ (Fransa)
00:00. “İnter” (İtaliya) - “Leyptsiq” (Almaniya)
00:00. “Barselona” (İspaniya) - “Brest” (Fransa)
00:00. “Bayer 04” (Almaniya) - “Zaltsburq” (Avstriya)
00:00. “Sportinq” (Portuqaliya) - “Arsenal” (İngiltərə)
00:00. “Yanq Boyz” (İsveçrə) - “Atalanta” (İtaliya)
Qeyd edək ki, V turun digər oyunları noyabrın 27-də keçiriləcək.