UEFA Azərbaycan millisinin rəqibini cəzalandırıb
Futbol
- 23 iyul, 2015
- 17:48
Bakı. 23 iyul. REPORT.AZ/ UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin iclasında AVRO-2016-nın seçmə qrup mərhələsinin Xorvatiya - İtaliya matçında baş verənlərə baxılıb. "Report"un məlumatına görə, Xorvatiya millisinin qarşıdakı 2 ev oyununu bağlı qapılar arxasında keçirməsinə qərar verilib.
Eyni zamanda ölkə yığmasının hesabından 1 xal silinib. Komanda bir daha Splitdəki "Polyud" stadionunda seçmə oyun keçirməyəcək. Xorvatiya Futbol Federasiyası isə 100 min avro cərimələnib.
Qeyd edək ki, Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya və İtaliya milliləri arasında iyunun 12-də keçirilmiş görüşdə yerli azarkeşlər irqçi şüarlar səsləndiriblər. Bu qərardan sonra Xorvatiya yığmasının xalları 13-ə endirilsə də, liderliyini qoruyub.
Son xəbərlər
12:22
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 34-ə çatıb - YENİLƏNİB-3
Digər ölkələr12:18
Asiya İnkişaf Bankı Gürcüstana 250 milyon dollar kredit ayırıb
Region12:18
Vaqif Nəsib: Əvvəllər kitab çıxarıb puluna iki maşın alırdın, indi bir manat da verən yoxdur – MÜSAHİBƏ
Ədəbiyyat12:17
İyulun son gününün havası açıqlanıb
Ekologiya12:16
Foto
Dünya çempionatı: Fatimə Bayramova ikinci görüşünü də qələbə ilə başa vurub - YENİLƏNİB
Fərdi12:15
Azad edilmiş ərazilərdə 11 256 nəfərin məşğulluğu təmin edilib
Daxili siyasət12:11
Yunanıstanda mer yanğına görə saxlanılıb
Digər ölkələr12:06
Fidan Babayeva dünya çempionatında qazaxıstanlı rəqibinə uduzub
Fərdi12:05