UEFA Azərbaycan millisinin futzalçısına sərt cəza verib

Futbol
  • 18 dekabr, 2021
  • 08:50
UEFA Azərbaycan millisinin futzalçısına sərt cəza verib

UEFA-ın Nəzarət, Etika və İntizam Komitəsi "Araz-Naxçıvan"ın futzalçısı Felipinyonu 5 oyunluq cəzalandırıb.

Klubun vitse-prezidenti Mahmud Sadıqovun "Report"a verdiyi məlumata görə, buna braziliyalı hücumçunun Kosovonun "Ligeni" komandasına qarşı Çempionlar Liqasının əsas mərhələ oyununda rəqib futzalçılar - Arber Şkodra və Anton Uka ilə dava etməsi səbəb olub.

Sadıqov həmçinin insidentə görə Naxçıvan təmsilçisinin 1 000 avro cərimələndiyini bildirib. O, qərardan apellyasiya şikayəti verilməyəcəyini söyləyib.

Qeyd edək ki, futzalçılar arasında əlbəyaxa dava 6:6 hesabı ilə başa çatmış görüşün sonuncu - 40-cı dəqiqəsində baş vermişdi.

UEFA Azərbaycan millisinin futzalçısına sərt cəza verib