UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəlib  - YENİLƏNİB-5

Futbol
  • 17 iyul, 2026
  • 01:50
UEFA Avropa Liqası: Qarabağ II təsnifat mərhələsinə yüksəlib  - YENİLƏNİB-5

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Vestri" (İslandiya) komandasını üstələyən "Qarabağ" növbəti raunda adlayıb.

"Report" xəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən cavab matçı Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Köhlən atlar"ın heyətində Jali Muaddib (5), Pedro Bikalyo (29) və Zakarya Savo (57) fərqləniblər.

İlk görüşdə rəqibini 3 cavabsız qolla məğlub edən Azərbaycan klubu II təsnifat mərhələsinə vəsiqə qazanıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin növbəti rəqibi ÇSKA (Sofiya, Bolqarıstan) olacaq. Tərəflər arasında ilk qarşılaşma iyulun 23-də Bakıda keçirəcək.

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyununda üçüncü qol vurulub.

"Report" xəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən matçda Ağdam kollektivi üstünlüyünü möhkəmləndirib - 3:0.

57-ci dəqiqədə Zakarya Savo adını tabloyua yazdırıb.

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən matçda Ağdam kollektivi hesabda öndədir - 2:0.

Matçın baş hakimi çexiyalı FIFA referisi Marek Radinadır.

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyununda ilk hissə bitib.

"Report" xəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən matçda Ağdam kollektivi hesabda öndədir - 2:0.

Matçın baş hakimi çexiyalı FIFA referisi Marek Radinadır.

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyununda ikinci qol vurulub.

"Report" xəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən matçda Ağdam kollektivi üstünlüyünü möhkəmləndirib - 2:0.

29-cu dəqiqədə Pedro Bikalyo dəqiq zərbə müəllifi olub.

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyununda ilk qol vurulub.

"Report" xəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən matçda Ağdam kollektivi hesabı açıb - 1:0.

5-ci dəqiqədə Jali Muaddib fərqlənib.

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyunu başlayıb.

"Report" xəbər verir ki, qarşılaşma Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilir.

Matçın baş hakimi çexiyalı FIFA referisi Marek Radinadır.

Bakıdakı ilk matçda "köhlən atlar" 3 cavabsız qolla qalib gəlib.

Xatırladaq ki, "Qarabağ" "Vestri" səddini keçəcəyi halda növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) ilə qarşılaşacaq.

44 - Tezliklə