UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib - YENİLƏNİB-5
- 09 iyul, 2026
- 21:53
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ" UEFA Avropa Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirib.
"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsində Bakıda İslandiyanın "Vestri" komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.
30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir, 86-cı dəqiqədə Renaldo Sefas fərqlənib.
Qeyd edək ki, cavab görüşü iyulun 17-də baş tutacaq.
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi daha da artırıb - 3:0.
86-cı dəqiqədə Renaldo Sefas fərqlənib.
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi hesabda öndədir - 2:0.
30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir fərqlənib.
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb - 2:0.
30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir fərqlənib.
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda hesab açılıb.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi matçda ilk qolu vurub.
30-cu dəqiqədə Zakaria Savo fərqlənib.
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyunu başlayıb.
"Report"un məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Matçın baş hakimi moldovalı FIFA referisi Roman Jitaridir.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq.