UEFA Avropa Liqası: "Bayer 04" - "Qarabağ" oyunu azarkeş sayına görə 6-cı olub

Futbol
  • 28 oktyabr, 2023
  • 06:12
UEFA Avropa Liqası: Bayer 04 - Qarabağ oyunu azarkeş sayına görə 6-cı olub

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı müəyyənləşib.

"Report" xəbər verir ki, Almaniyada yerli "Bayer 04" və "Qarabağ" arasında baş tutan qarşılaşma 6-cı sırada yer alıb.

"Bay Arena"dakı görüşdə 29039 tamaşaçı olub.

Ən çox fanat isə "Marsel" (Fransa) - AEK (Yunanıstan) matçında (65092 nəfər) qeydə alınıb.

Qeyd edək ki, "Qarabağ" səfərdə rəqibinə 1:5 hesabı ilə uduzmuşdu.