UEFA AFFA-ya avrokubok iştirakçılarını açıqlamaq üçün vaxt verdi

Futbol
  • 17 iyun, 2020
  • 14:01
UEFA AFFA-ya avrokubok iştirakçılarını açıqlamaq üçün vaxt verdi

UEFA milli assosiasiyalara avrokuboklarda iştirak edəcək komandaların adını açıqlamaq üçün avqustun 3-dək vaxt verib.

"Report"un məlumatına görə, bu barədə Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib. Komitə 3 avqustu son tarix kimi müəyyənləşdirib. Yeni təqvimdə Çempionlar Liqası və Avropa Liqasında iştirak üçün siyahıya toxunulmayacaq. İcraiyyə Komitəsi növbəti mövsümün təqvimini də təsdiqləyib.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi iyunun 18-də videokonfrans formatında iclas keçirəcək. İclasda Azərbaycan Premyer Liqasının bərpa məsələsinə baxılacaq.

44 - Tezliklə