UEFA Abbas Hüseynovun qolunu fərqləndirib
Futbol
- 25 oktyabr, 2021
- 08:31
UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda vurulan 4 qolu və həmin matçlarda qeydə alınan statistik göstəriciləri yayımlayıb.
"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Abbas Hüseynovun Bakıda Qazaxıstan "Kayrat"ına vurduğu qol da bunların sırasında yer alıb.
Həmin videoxəbərə məhz 26 yaşlı müdafiəçinin fotosu qoyulub.
UEFA Ağdam təmsilçisinin qələbə sayəsində ardıcıl 16-cı matçda məğlub olmadığını və bunların 11-də qələbə qazandığını xatırladıb.
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Abbas Hüseynov 90+1-ci dəqiqədə qələbə qoluna imza atıb. O, qarşılaşmadan iki gün öncə dünyasını dəyişmiş nənəsinə görə göz yaşlarını saxlaya bilməyib.
Son xəbərlər
22:13
Türkiyədə deputat bıçaqlanıb
Region22:06
BMT İsrailin Suriyaya zərbələrini pisləyib
Digər ölkələr21:47
Peter Madyar "Pakş" AES-in turbinlərinin yenidən işə salınacağını elan edib
Digər ölkələr21:28
Azərbaycana qarşı informasiya təzyiqləri siyasi iradəni dəyişə bilməz – RƏY
Xarici siyasət21:23
Azərbaycan güləşçisi Ayxan Cavadov dünya çempionatında finala vəsiqə qazanıb
Fərdi21:18
Azərbaycan güləşçisi Emin Cavadlı U-20 dünya çempionatında bürünc medal qazanıb
Fərdi20:58
Foto
Xocavənddə uşaqların rəqəmsal təhlükəsizliyinə dair təlimlərə start verilib
Daxili siyasət20:56
BƏƏ İrandan iki ballistik raketin buraxıldığını qeydə alıb - YENİLƏNİB
Digər ölkələr20:53