UEFA 2017-ci ildə Çempionlar Liqasının rəmzi gənclər yığmasını açıqlayıb
- 25 dekabr, 2017
- 02:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 dekabr. REPORT.AZ/ UEFA 2017-ci ildə Çempionlar Liqasının gənc ulduzlarından ibarət rəmzi yığmasını tərtib edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Seçim zamanı 24-dən çox olmamaq şərti ilə futbolçunun yaşı, bu il turnirdə debütü və ya əvvəllər Çempionlar Liqasında olduqca az iştirak təcrübəsindən sonra irəliləyiş nəzərə alınıb.
Yığmanın tərkibinə qapıçı Ederson ("Benfika"/"Mançester Siti"), müdafiəçilər Nelson Semedu ("Benfika"/"Barselona"), Davinson Sançes ("Tottenhem"), Niklas Züle ("Bavariya"), Kiran Tirni ("Seltik"), yarımmüdafiəçilər Harri Uinqs ("Tottenhem"), Anderson Taliska ("Beşiktaş"), Marko Asensio ("Real") və hücumçular Kilian Mbappe ("Monako"/"Pari Sen-Jermen"), Timo Verner ("Leyptsiq") və Dimitri Oberlin ("Bazel").