Avropanın üç ölkəsi dünya çempionatına ev sahibliyi etmək istəyir

Futbol
  • 19 oktyabr, 2020
  • 10:50
Avropanın üç ölkəsi dünya çempionatına ev sahibliyi etmək istəyir

Almaniya, Belçika və Niderland 2027-ci ildə qadınlar arasında keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəyir.

"Report" Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, 3 ölkə yarışı birgə təşkil etmək məqsədilə təklif irəli sürmək qərarına gəlib.

Onlar FIFA və UEFA-ya müraciət etmək istədiklərini bildiriblər.

Qeyd edək ki, Almaniya daha əvvəl 2011-ci ildə qadınlar arası dünya çempionatına, Niderland isə Avropa çempionatına (2017) ev sahibliyi edib. Belçika isə ilk dəfə qadınlar arasında bu cür böyük turnirin təşkilatçısı ola bilər.