Türkiyəli azarkeşlər Ukraynada döyülüb
Futbol
- 16 sentyabr, 2016
- 10:00
Bakı. 16 sentyabr. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubunun azarkeşləri Avropa Liqasının qrup mərhələsində Ukrayna "Zarya"sı ilə baş tutmuş görüşdən əvvəl döyülüb.
"Report"un məlumatına görə, hadisə Odessada baş verib.
Türkiyəli azarkeşlərin olduğu restorana xeyli sayda maskalı şəxslər daxil olub. Onlar bir azarkeşin üzərinə benzin töküb yandırmaq istəyiblər. Lakin alışqanın işə düşməməsi faciəni əngəlləyib. Buna baxmayaraq, qonaq azarkeşlər döyülüb və ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qarşıdurmalar türkiyəli azarkeşlərin olduğu Ukraynanın digər bölgələrində də yaşanıb. Hadisədən sonra polis 3 yerli azarkeşi saxlayıb.
Qeyd edək ki, "Zarya" - "Fənərbağça" oyunu 1:1 hesabı ilə yekunlaşıb.
Son xəbərlər
08:37
Rusiya "Ukrayna Dəmir Yolları"nın Kiyevdəki anbarına zərbə endirib, yeddi nəfər həlak olub
Digər ölkələr08:23
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:04
Çinin şərqində təbii mis və qızıl ərintisinin iri yataqları aşkar edilib
Digər ölkələr07:52
Azərbaycan mediasının nümayəndələri ŞƏT sammitini yerindən izləyir
Media07:48
Cənubi Koreya Prezidentinin aparat rəhbəri birjadakı dəyişiklik fonunda istefa verib
Digər ölkələr07:15
Foto
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
Daxili siyasət06:43
Ağdama qayıdan keçmiş məcburi köçkün: Sevincimin həddi-hüdudu yoxdur
Daxili siyasət06:37
Ağdam sakini: Ağlaya-ağlaya çıxdığımız yurdumuza sevinc gözyaşı ilə qayıdırıq
Daxili siyasət05:57