Türkiyədə avtomobil qəzası nəticəsində futbolçu ölüb

Futbol
  • 28 oktyabr, 2017
  • 07:28
Türkiyədə avtomobil qəzası nəticəsində futbolçu ölüb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Türkiyənin "Sinopspor"  klubunun 16 yaşadək futbolçulardan ibarət yığma komandasının üzvü Tolunay Anaç yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

“Report”un Haber7-yə istinadən məlumatına görə, hadisə Sinop bölgəsinin Demirçi kəndində baş verib. Sürücüsü hələlik müəyyənləşdirilməyən avtomobil Anaç və dostu Fuat Karaaslanın mindiyi motosikletə çırpılıb. Hadisə nəticəsində futbolçu dünyasını dəyişib, dostu isə yaralanıb.

Qəza ilə əlaqədar “Ayancıkspor” və “Sinopspor”un U-16 komandalarının oyunu təxirə salınıb. 

44 - Tezliklə