Türkiyə yığmasının və “Fənərbağça”nın sabiq futbolçusu həbs edilib

Futbol
  • 28 iyul, 2017
  • 13:11
Türkiyə yığmasının və “Fənərbağça”nın sabiq futbolçusu həbs edilib

Bakı. 28 iyul. REPORT.AZ/ Türkiyənin “Fənərbağça” klubunun sabiq futbolçusu Bekir İrtegün həbs edilib.

“Report”un “Habertürk”ə istinadən verdiyi məlumata görə, 33 yaşlı müdafiəçi Fətullahçı Terror Təşkilatının (FETÖ) “ByLock” kömpüter proqramından istifadə etməkdə şübhəli bilinir.

Qeyd edək ki, Türkiyə yığmasının heyətində 10 oyun keçirən Bekir İrtegün 2009-2015-ci illərdə “Fənərbağça”da çıxış edib. Onun son iş yeri bir neçə gün əvvəl yollarını ayırdığı “Başakşehir” klubu olub. 

44 filmi