Türkiyə Superliqasında mövsümün ilk baş məşqçi istefası gerçəkləşib

Futbol
  • 31 avqust, 2026
  • 16:36
Türkiyə Superliqasında mövsümün ilk baş məşqçi istefası gerçəkləşib

Türkiyə Superliqasında 2026/2027 mövsümünün ilk baş məşqçi istefası gerçəkləşib.

"Report" xəbər verir ki, "Qaziantep" Mirel Redoy ilə yollarını ayırdığını açıqlayıb.

45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, "Qaziantep" 3 oyundan sonra 4 xalla 10-cu pillədə qərarlaşıb.