Türkiyə - Portuqaliya oyununda meydana azarkeş girib

Futbol
  • 22 iyun, 2024
  • 17:42
Türkiyə - Portuqaliya oyununda meydana azarkeş girib

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunun II turunun Türkiyə - Portuqaliya matçında meydana azarkeş girib.

"Report"un məlumatına görə, hadisə 82-ci dəqiqədə baş verib.

Azyaşlı fanat ulduz hücumçu Kriştianu Ronalduya tərəf qaçıb və onunla şəkil çəkdirib. Azarkeşin stadiondan çıxarılmasından sonra qarşılaşma davam etdirilib.

Qeyd edək ki, Portuqaliya hazırda 3:0 hesabı ilə öndədir.