Türkiyə millisinin oyunçusu qaçaqmalçılıqda şübhəli bilinərək, həbs olunub

Futbol
  • 23 may, 2017
  • 08:04
Türkiyə millisinin oyunçusu qaçaqmalçılıqda şübhəli bilinərək, həbs olunub

Bakı. 22 may. REPORT.AZ/ Türkiyənin futbol üzrə milli komandasının üzvü və “Fənərbağça” klubunun oyunçusu Ozan Tufan qaçaq yolla bahalı avtomobil gətirilməsi çərçivəsində aparılan əməliyyat nəticəsində tutulub.

“Report” "Haberturk"ə istinadən xəbər verir ki, İstanbul əyaləti Jandarm İdarəsi Türkiyəyə saxta sənəd və qaçaq yolla bahalı avtomobil daşıyan qrupa qarşı əməliyyat keçirir.

İnformasiyaya əsasən, İstanbul prokurorluğu bu qanunsuz əməli törətməkdə şübhəli bilinən 46 nəfər barəsində həbs qətimkan seçilməsinə dair sanksiya verib. Məlumata görə, onların arasında Tufan Ozan da var.

Xəbərdə bildirilib ki, tanınmış futbolçu bu qruplaşmadan bahalı avtomobil alıb. 

44 - Tezliklə