Türkiyə millisinin futbolçuları Bakıda bir-biri ilə yarışdı
- 15 iyun, 2021
- 08:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa çempionatının A qrupunun 2 oyununu Bakıda keçirəcək Türkiyə millisi Uelslə matçdan əvvəl növbəti məşqinə çıxıb.
"Report"un məlumatına görə, "Bakcell Arena"da gerçəkləşən hazırlıq prosesində yığmanın iki futbolçusu bir-biri ilə yarışıb.
Yusuf Yazıcı və İrfan Can Kahveci çərçivəyə dəqiqə zərbə endirməyə çalışıblar. "Lill" klubu ilə Fransa çempionu olan Yazıcı komanda yoldaşından daha dəqiq oynayıb.
Qeyd edək ki, AVRO-2020-nin açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması iyunun 16-da Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşacaq. Kollektiv 4 gün sonra İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək.
#ÖrümcekAğıChallenge ️#EURO2020 #HereWeCame @irfankahveci @yaziciyusuf97 pic.twitter.com/u2Qgh1fNEf
— Türkiye #BizimÇocuklar (@MilliTakimlar) June 15, 2021