Türkiyə klubu Azərbaycan yığmasının futbolçusu ilə yollarını rəsmən ayırıb
Futbol
- 08 may, 2018
- 05:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Ufuk Budak Türkiyənin I Liqasında çıxış edən “Samsunspor” klubu ilə yollarını rəsmən ayırıb.
“Report” samsunhaber.com-a istinadən xəbər verir ki, bu barədə klub prezidenti Ahmet Güral Karayılmaz bildirib. O, 28 yaşlı sol cinah müdafiəçisi ilə yanaşı, Gökay İravul, Muhammet Beşir, Kenan Karışık, Ahmet Cebe ilə də vidalaşdıqlarını söyləyib.
Qeyd edək ki, Ufuk Budak zədə səbəbindən son matçlarda meydana çıxmayıb. “Samsunspor”la müqavilə müddəti başa çatan Budak ötən həftə komanda yoldaşları ilə vidalaşaraq, ailəsinin yaşadığı Almaniyaya dönüb. Cari mövsümü 36 xalla 16-cı pillədə başa vuran “Samsunspor” II liqaya düşüb.
Son xəbərlər
03:20
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
Digər ölkələr
02:57
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
Digər ölkələr
02:23
"Barselona" La Liqanın XII turunda "Atletiko"nu məğlub edib
Futbol
01:44
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb
Digər ölkələr
01:22
Almaniyada 800 illik qəsr 1 avroya satışa çıxarılıb
Digər ölkələr
00:54
Rusiya səfiri: Moskva Yerevanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazırdır
Region
00:30
Foto
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə
00:01
Video
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
Daxili siyasət
00:00
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Daxili siyasət