Türkiyə AVRO-2020-ni təkbaşına keçirməyi təklif etdi
- 16 mart, 2020
- 19:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə AVRO-2020-ni təkbaşına keçirmək istəyini UEFA-ya təklif edib.
"Report"un AS nəşrinə istinadən verdiyi məlumata görə, Türkiyə Futbol Federasiyası (TFF) ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın UEFA-nın prezidenti Aleksander Çeferinlə yaxşı münasibətlərinə ümid edir. Lakin bu məqamın köməyə yetişəcəyinin inandırıcı görünmədiyi bildirilir. Çünki UEFA çempionatı təxirə salmağı planlaşdırır.
Türkiyə tərəfinin əsas arqumenti koronavirusa yoluxanların sayının az sayda - 10 nəfərədək olmasıdır.
AVRO-2020-ni qəbul edəcək ölkələrdən indiyədək İtaliya, Almaniya və Rumıniya AVRO-2020-nin təxirə salınmasını təklif edib.
Qeyd edək ki, AVRO-2020 12 iyun - 12 iyulda qitənin 12 şəhərində, o cümlədən Bakıda keçirilməlidir. Bakı Olimpiya Stadionunda iyunun 13-də A qrupunun İsveçrə - Uels iyunun 17-də Türkiyə - Uels, iyunun 17-də isə Türkiyə - İsveçrə matçları təşkil olunmalıdır. Eyni zamanda 1/4 final mərhələsinin 1 oyununun Azərbaycan paytaxtında keçirilməsi nəzərdə tutulub.