"Turan Tovuz"un "Traktor"la yoxlama matçının tarixi bəlli olub

Futbol
  • 12 iyul, 2025
  • 12:20
Turan Tovuzun Traktorla yoxlama matçının tarixi bəlli olub

Yeni mövsümə Türkiyədə hazırlaşan "Turan Tovuz"un İranın "Traktor" klubu ilə keçirəcəyi yoxlama matçının tarixi müəyyənləşib.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib.

İran çempionatının son qalibi olan Təbriz komandası ilə görüş iyulun 29-da baş tutacaq.

Qarşılaşmanın başlama saatı və məkanı haqda əlavə məlumat veriləcək.