“Turan Tovuz”un azarkeşlə qalmaqal yaşayan futbolçusuna verdiyi cəza məlum olub
Futbol
- 09 aprel, 2025
- 14:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Turan Tovuz”un Misli Premyer Liqasının XXIX turunda “Səbail”lə matçda azarkeşlə qalmaqal yaşayan futbolçusu Veysəl Rzayevə verdiyi cəza məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, 22 yaşlı yarımmüdafiəçi klub rəhbərliyi tərəfindən cərimələnib.
Onun komandadan göndərilməsi və ya başqa formada cəzalandırılması nəzərdə tutulmayıb. Amma qalmaqalda iştirak etdiyinə görə müəyyən məbləğdə cərimə ödəməli olacaq.
Qeyd edək ki, Tovuzda baş tutan və 0:0 hesabı ilə bitən matçdan sonra V.Rzayev azarkeşi vurmağa cəhd edib. AFFA İntizam Komitəsi futbolçunu biri şərti olmaqla 2 oyunluq cəzalandırıb. “Turan Tovuz” isə 2000 manat cərimələnib.
Son xəbərlər
15:21
Bakıda Arsen Vengerin iştirakı ilə "ustad dərsi" təşkil olunub
Futbol
15:16
Orxan Məmmədov: "Güclü çempionat olmasa, milli komanda yüksək səviyyədə çıxış edə bilməz"
Futbol
15:14
Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir
Milli Məclis
15:13
"Hakimlərin Etik Davranış Kodeksi" yeni redaksiyada qəbul edilib
Daxili siyasət
15:06
Azərbaycan və İtaliya biznes foruma hazırlığı müzakirə ediblər
Biznes
15:01
Foto
Kamran Əliyev Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Akademiyasının rəhbəri ilə görüşüb
Hadisə
15:00
Rəcəb Fərəczadə: "Araz-Naxçıvan" üçün qrupda ən uyğun rəqib "Uypeşt"dir"
Futbol
14:59
Foto
Video
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Yenilənib-2
Xarici siyasət
14:57
Akif Quliyev: "Kür çayının su səviyyəsinin yaxın illərdə azalması gözlənilmir"
İnfrastruktur