"Turan Tovuz" rəsmisi: İyunun axırına qədər yeni baş məşqçi məsələsini yekunlaşdırmalıyıq
Futbol
- 04 iyun, 2024
- 10:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İyunun axırına qədər yeni baş məşqçi məsələsini yekunlaşdırmalıyıq. Ancaq rəsmiləşməmiş kiminsə adını çəkmək düzgün olmaz.
Bunu "Report"a açıqlamasında "Turan Tovuz"un idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov deyib.
O, hazırda "Turan Tovuz" üçün baş məşqçi axtarışında olduqlarını söyləyib: "Hələ heç kimlə razılaşmamışıq. Amma danışıq apardığımız məşqçilər var".
Klub rəsmisi komandanın iyunun sonu, iyulun əvvəlində yığışacağını da vurğulayıb.
Qeyd edək ki, Ayxan Abbasov mayın 28-də "Turan Tovuz"un baş məşqçi postundan ayrılıb.
Son xəbərlər
09:04
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirəcək
Futbol
09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (28.10.2026)
Maliyyə
08:51
Türkiyədə güclü leysan gözlənilir, 20 vilayət üçün xəbərdarlıq edilib
Region
08:45
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.10.2026)
Maliyyə
08:34
ABŞ İsrailə əlavə "Patriot" hava hücumundan müdafiə sistemi göndərəcək
Digər ölkələr
08:23
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:19
Qaradağda selin dağıtdığı körpünün yerində yenisi inşa edilib
İnfrastruktur
07:49
Vanuatu sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
07:31
ABŞ Körfəz ölkələrini İrana qarşı mümkün hərbi əməliyyat barədə xəbərdar edib
Digər ölkələr