“Turan Tovuz” – “Qarabağ” oyununda rekord qeydə alınıb

Futbol
  • 10 noyabr, 2022
  • 07:42
“Turan Tovuz” – “Qarabağ” oyununda rekord qeydə alınıb

Azərbaycan Premyer Liqasının III turundan təxirə salınan “Turan Tovuz” – “Qarabağ” oyunu rekordla əlamətdar olub.

“Report” Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, Tovuzdakı qarşılaşmanı 5800 tamaşaçı izləyib.

Bu, cari mövsümün yeni rekordudur.

Bunadək ən çox tamaşaçı I turun “Turan Tovuz” – “Qəbələ” (0:2) və III turun “Sabah” – “Neftçi” (2:1) matçlarında qeydə alınmışdı. Həmin oyunların ikisində də 5500 azarkeş olub.

Təxirə salınan görüşü də nəzərə almaqla III turdakı seyrçi sayı da rekord həddə çatıb. Turun ümumilikdə 5 matçını 14600 tamaşaçı izləyib. Bununla da I turun rekordu yenilənib. Mövsümün ilk turunda 10600 izləyici olub.