"Turan Tovuz" Azərbaycan millisinin futbolçusunu transfer edib

Futbol
  • 21 iyun, 2023
  • 13:47
Turan Tovuz Azərbaycan millisinin futbolçusunu transfer edib

"Turan Tovuz" Azərbaycan millisinin futbolçusu Sertan Taşkını heyətinə qatıb.

Klubdan "Report"a verilən məlumata görə, 26 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, təcrübəli oyunçunun son klubu "Zirə" olub. Ötən mövsümün sonunda "qartallar"dan ayrılan Taşkın daha əvvəl "Keşlə" və "Sumqayıt"ın da formasını geyinib.

44 - Tezliklə