​"Trabzonspor"un oyununu 33 qəpiyə izləmək olacaq

Futbol
  • 27 yanvar, 2015
  • 09:23
​Trabzonsporun oyununu 33 qəpiyə izləmək olacaq

Bakı. 27 yanvar. REPORT.AZ/ Türkiyə Kubokunun V həftəsində keçiriləcək "Trabzonspor" - "Keçiörengücü" qarşılaşmasını 1 TL-yə (0.33 AZN) izləmək mümkün olacaq. "Report"un məlumatına görə, klub rəsmiləri bununla bağlı qərar qəbul edib.

Trabzon təmsilçisinin azarkeşləri yalnız bu görüş üçün 1 TL ödəməklə qapı arxası və bağlı tribunalara bilet ala biləcəklər.

Qeyd edək ki, "Trabzonspor" hazırda 8 xalla qrup lideridir və bu görüşdən də qalib ayrılacağı təqdirdə növbəti mərhələyə vəsiqə qazanmış olacaq.

44 - Tezliklə