Tovuzdakı stadionun süni örtüyü FIFA sertifikatına layiq görülüb

Futbol
  • 23 avqust, 2022
  • 12:19
Tovuzdakı stadionun süni örtüyü FIFA sertifikatına layiq görülüb

Tovuz şəhər stadionunda quraşdırılmış süni ot örtüyü FIFA-nın “Quality Pro” sertifikatına layiq görülüb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, ali futbol qurumunun keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.

Qeyd edək ki, daha əvvəl Şamaxı şəhər stadionu və "ASCO Arena" da eyni sertifikatı alıb.