"Tottenhem" Rişarlisonu BƏƏ-nin "Şabab Əl-Əhli" klubuna satmaqdan imtina edib

Futbol
  • 20 sentyabr, 2026
  • 13:12
Tottenhem Rişarlisonu BƏƏ-nin Şabab Əl-Əhli klubuna satmaqdan imtina edib

"Tottenhem" BƏƏ-nin "Şabab Əl-Əhli" klubunun hücumçu Rişarlisonun transferi ilə bağlı təklifini rədd edib.

"Report" "TEAMtalk"a istinadən xəbər verir ki, ərəb klubunun müqavilə təklifi London təmsilçisini qane etməyib.

Rişarlisonun ən azı yanvara qədər "Tottenhem"də qalacağı bildirilib.

Qeyd edək ki, futbolçu cari mövsümdə 1 matça çıxıb və heç bir məhsuldar hərəkətlə fərqlənməyib.

44 - Tezliklə