"Tottenhem" Premyer Liqada qalacağı təqdirdə klub rəhbərliyi futbolçuların maaşını artıracaq

Futbol
  • 24 fevral, 2026
  • 22:13
Tottenhem Premyer Liqada qalacağı təqdirdə klub rəhbərliyi futbolçuların maaşını artıracaq

"Tottenhem"in rəhbərliyi komanda İngiltərə Premyer Liqasında qalacağı təqdirdə maaş strukturuna yenidən baxmağı və heyətə ciddi sərmayə yatırmağı planlaşdırır.

"Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, rəhbərlik maaş siyasətini yenidən nəzərdən keçirməyi və yayda genişmiqyaslı heyət islahatına başlamağı düşünür.

Bu plan yalnız komandanın aşağı liqaya düşməməsi təqdirində reallaşa bilər.

"Mahmızlar" hazırda Çempionşipə düşmək təhlükəsi ilə üz-üzədir. Klub baş məşqçi İqor Tudorun rəhbərliyi altında turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. Komanda düşmə zonasından cəmi 4 xal öndədir və Premyer Liqada doqquz oyundur qələbə qazana bilmir.

Mənbənin yazdığına görə, "Tottenhem" elitada qalmağı bacarsa, rəhbərlik yay "transfer pəncərəsi"ndə yüksək səviyyəli futbolçuların alışını həyata keçirəcək. Bundan başqa, rəhbərlik illərdir futbolçuların maaşına kifayət qədər sərmayə yatırılmadığını etiraf edib.

Hazırda "Tottenhem"in maaş fondu "böyük altılıq" klubları arasında ən aşağıdır və rəhbərlik bu vəziyyətin artıq dəyişdirilməli olduğunu anlayır.

44 filmi